AZ

Moskvalılara xəbərdarlıq edildi: Sağ qalmaq istəyirsinizsə, şəhəri təcili tərk edin

Moskva sakinləri istilərin yaxınlaşdığı vaxtda şəhəri tərk etməlidirlər.

Publika.az xəbər verir ki, bu məsləhəti moskvalılarla Rusiyanın Hidrometeorologiya Mərkəzinin baş elmi direktoru Roman Vilfand verib.

“Önümüzdəki həftə paytaxt Avropanın cənubundan və Şimali Afrikadan, daha sonra yay temperaturunun ən yüksək olduğu Türkiyə, Səudiyyə Ərəbistanı və digər Yaxın Şərq ölkələrindən isti hava kütlələri alacaq. Qeyd olunur ki, anomal hava şəraiti gecə saatlarına da təsir edəcək - artıq çərşənbə axşamı, iyulun 8-nə keçən gecə Moskvanın yaşayış massivlərində havanın temperaturu 19 dərəcəyə, mərkəzdə isə 23 dərəcəyədək yüksələcək. Oxşar temperatur həftə ərzində gözlənilməlidir.

Yağıntı yalnız iyulun 9-dan çərşənbə axşamına keçən gecə yağacaq. Digər günlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var, lakin sərinlik gətirməyəcək, - məlumatda deyilir.

Seçilən
12
9
publika.az

10Mənbələr