AZ

“Turan Tovuz” Türkiyəyə getdi

Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünə hazırlaşan “Turan Tovuz” təlim-məşq toplanışı üçün Türkiyəyə yola düşüb.

Arena.az bu barədə Tovuz klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, bu gün səfərə çıxmış komanda hazırlığın ikinci mərhələsi üçün Ankaranın Qızılcahamam bölgəsində məskunlaşacaq.

Tovuz təmsilçisi iyulun 19-na qədər məşqlərini burada davam etdirəcək.

Qeyd edək ki, Türkiyə toplanışının növbəti mərhələsi 24 iyul – 6 avqust tarixləri arasında Boluda olacaq.

Seçilən
11
29
arena.az

10Mənbələr