Prezident İlham Əliyev iyulun 7-də Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Mia.az xəbər verir ki, dövlət başçısı iki ölkə arasında siyasi əlaqələrin mükəmməl səviyyədə olduğunu vurğuladı, ikitərəfli münasibətlərin qardaşlığa, qarşılıqlı dəstək və həmrəyliyə əsaslandığını dedi.