Bir sıra Telegram kanallarının məlumatına görə, Moskvada qeyri-rəsmi nümayəndə heyəti formalaşır və bu həftə “Rusiya ilə Azərbaycan arasında münasibətlərdə gərginliyin aradan qaldırılması ilə bağlı qeyri-rəsmi məsləhətləşmələr üçün Bakıya gedə bilər”.
Modern.az xəbər verir ki, həmin məlumatlara görə, nümayəndə heyəti Bakıya prezident Vladimir Putinin şəxsi mesajını çatdıra və digər məsələlərlə yanaşı, saxlanılan Rusiya vətəndaşların mübadiləsi məsələsinə də toxuna bilər.
Telegram kanallarının məlumatlarında Rusiyadan Bakıya gələcək missiyaya Putinin keçmiş şəxsi köməkçisi olan fövqəladə hallar naziri Aleksandr Kurenkovun rəhbərlik edə biləcəyibildirilir.
Məlumatlara görə, Kreml Bakı ilə gərginliyin daha da kəskinləşməsində maraqlı deyil.
“Hazırda mühüm regionda strateji tərəfdaşını itirmək Moskvanın maraqlarına uyğun deyil”, - məlumatda vurğulanır.