AZ

“Samovar, xalça, hər şey dəyərlidir”

Fransanın Strasburq şəhərində yerləşən Elzas Muzeyi 2027-ci ildə qapılarını yenidən açmağa hazırlaşarkən bölgədə yaşayan türk icmasına xüsusi çağırış edib. Məqsəd: muzey kolleksiyasına türk mədəniyyətini əks etdirən suvenirlər daxil etməklə köç hekayələrini gələcək nəsillərə çatdırmaq.

Xədicə Küp adlı qadın anasının əlləri ilə hazırladığı, “bir yastıqda qocalmaq” mənasını verən xüsusi gəlin yastığını muzeyə bağışlayıb. Yunla doldurulmuş 1,60 metr uzunluğundakı yastıq əl işi krujeva ilə bəzədilib.

Xədicə Küp “Migrations Santé Alsace” dərnəyində layihə meneceri olaraq çalışır və “Türk ənənəsində cehiz hazırlığı evlilikdən əvvəl ən dəyərli ənənələrdən biridir”, – deyərək hisslərini bölüşüb.

***

Muzey işçiləri samovar, namaz xalçaları, gözmuncuğu, divar xalısı kimi əşyaları da toplayır.

Bu çağırış Strasburqdakı türk mühacirlərinin tarixini, miqrasiya hekayələrini və mədəni izlərini daimi olaraq qoruyub saxlamaq məqsədi daşıyır.

Strasburqun Elzas Muzeyində hazırda bərpa işləri aparılır. Qapılar 2027-ci ildə yenidən açıldıqda, türk mədəniyyətinin toplanmış əşyaları daimi sərgiyə daxil ediləcək. Beləliklə, həm Elzasın köç hekayəsi, həm də Türk toplumu muzeyin daimi bir hissəsinə çevriləcək.

Seçilən
9
9
vaxt.az

10Mənbələr