BAKI, 7 iyul. TELEQRAF
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə iyunun 30-dan iyulun 6-dək icra olunan əməliyyatlar barədə məlumat açıqlayıb.
Qurumdan Teleqraf-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 43 piyada və 16 tank əleyhinə mina, həmçinin 382 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.
Həmçinin qeyd edilib ki, 2331.8 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət adıçəkilən ərazilərdə həyata keçirilir.