AZ

Yeni Qanunda qaytarıla bilinməyəcək büdcə ssudalarını dövlət qaytaracaq

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Milli Məclisdə “Dövlət borcu” haqqında Qanuna dəyişikliklər ikinci oxunuşda müzakirə edilərək qəbul olunub.

Bizimyol.info xəbər verir ki, Milli Məclisin deputatı, iqtisadçı  Vüqar Bayramov

bildirib ki, dəyişikliklərə əsasən dövlət büdcəsindən verilən büdcə ssudalar geri qaytarıla bilməyəndə borc Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu hesabına bağlanılnacaq. Yəni, bu borclar geri qaytarıla bilməyəndə onun büdcə hesabına ödənilməsi nəzərdə tutulur.

Vüqar Bayramov

“Belə ki, “Büdcə sistemi haqqında” Qanuna uyğun olaraq dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə, büdcə təşkilatlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə və dövlət büdcəsindən maliyyə yardımı alan digər hüquqi şəxslərə büdcə ili ərzində ən geci verildiyi büdcə ilinin sonunadək qaytarılmalı olan büdcə ssudaları ayrılır.

Mövcud qanunvericiliyə əsasən dövlət büdcəsindən ayrılmış büdcə ssudalarının vaxtında geri qaytarılması həmin ssudanı alan təşkilatların öhdəliyindədir. Lakin təcrübədə bu vəsaitlərin təşkilatlar tərəfindən geri qaytarılmasında bir sıra problemlər müşahidə olunmaqdadır.

Yeni dəyişiklik Təminat Fondunun yalnız dövlət borcu və zəmanəti üzrə öhdəliklərin yerinə yetirilməsi ilə deyil, həm də qaytarılmayan büdcə ssudalarının əvəzinin ödənilməsi ilə bağlı daha çevik bir alətə çevrilməsinə imkan yaradacaqdır”, - deyə millət vəkili qeyd edib.

Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən dövlət büdcəsindən ayrılmış büdcə ssudalarının vaxtında geri qaytarılması həmin ssudanı alan təşkilatların öhdəliyindədir. Lakin təcrübədə bu vəsaitlərin təşkilatlar tərəfindən geri qaytarılmasında bir sıra problemlər müşahidə olunmaqdadır.

Bununla əlaqədar büdcə ssudalarının vaxtında dövlət büdcəsinə geri qaytarılması mexanizminin formalaşdırılması məqsədilə "Dövlət borcu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanunu layihəsi hazırlanaraq Milli Məclisə təqdim edilib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
25
bizimyol.info

10Mənbələr