ain.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
"Dünən və bu gün fasilələrlə G1 səviyyəsi müşahidə olunub. Növbəti 3 günü isə sakit göstərir".
Bunu BAKU.WS-ə açıqlamasında Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı Aynur Abdulkərimova bildirib.
Onun sözlərinə görə, həmçinin güclü alışma və ya Tac Kütlə atılması (plazma seli) qeyd olunmayıb. Yəni ümumi fon növbəti 3 gün üçün sakitdir.
Mütəxəssis vurğulayıb ki, G1qasırğanın ən zəif şiddəti hesab olunur:
"İntensivlik G1-G5 səviyyələri arasında dəyişə bilər".
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.