“Napoli” PSV-nin vingeri Noa Lanqı heyətinə qatacaq.
İdmanxeber.az-ın məlumatına görə, klublar müqavilənin şərtlərini razılaşdırıblar. Neapollular 26 yaşlı niderlandlı üçün 28 milyon avro ödəyəcək. O, yaxın vaxtlarda transferi başa vurmazdan əvvəl tibbi müayinədən keçəcək.
Lanq 2023-cü ilin yayından PSV-də çıxış edir. O, komandanın heyətində 63 oyun keçirib, 19 qol vurub və 14 məhsuldar ötürmə edib.