AZ

“Qarabağ” Avstriyada “Metallist”lə üz-üzə

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan çempionu “Qarabağ” bu gün ilk yoxlama oyununu keçirəcək.

Arena.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Ukrayna təmsilçisi “Metallist” (Xarkov) ilə üz-üzə gələcək.

Qarşılaşmaya Bakı vaxtı ilə saat 19:30-da start veriləcək.

Xatırladaq ki, Azərbaycan çempionu Bakıdakı ilk yoxlama matçında “Zirə”ni 4 cavabsız qolla üstələmişdi.

“Qarabağ” UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq.

Seçilən
7
50
arena.az

10Mənbələr