AZ

Rusiyada “deportasiya jileti” tətbiqi başladı

Yazını böyüt
Yazını kiçilt

Rusiyada qeyri-qanuni mühacirlərlə mübarizə üçün yeni təcrübəyə start verilib. Nijni Novqorod hava limanında deportasiya olunmaq üzrə olan qeyri-qanuni mühacirlərdən “Deportasiya ediləcək” yazılmış parlaq jilet geyinmələri tələb olunur.

Hafta.az-ın yazdığına görə, yerli mətbuatda dərc olunan görüntülərdə, yeni prosedur çərçivəsində bu cür geyinən insanları digər sərnişinlərdən asanlıqla ayırd etmək olar.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, təcrübənin məqsədi mühacirlərin qaçmağa cəhdlərinin qarşısını almaq və deportasiya prosesi zamanı təhlükəsizliyi artırmaqdır.

MK Telegram kanalının məlumatına görə, bu vizual işarələmə metodu uğurlu olarsa, onun qatar stansiyalarına və müvəqqəti xarici saxlama mərkəzlərinə yayılması planlaşdırılır. Xəbərə görə, bu təcrübə Rusiyanın miqrasiya siyasətində artan sərtliyin son nümunəsi hesab olunur.

Seçilən
5
6
hafta.az

10Mənbələr