AZ

"İstəklilər koalisiyası" Starmer və Makron arasındakı münaqişə səbəbindən dağıla bilər

Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer arasındakı münaqişə "İstəklilər koalisiyası"nı dağıda bilər.

"Report" xəbər verir ki, bu barədə “Politico” qəzeti adı açıqlanmayan fransalı mənbələrə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, "İstəklilər koalisiyası"nın aydın istiqaməti yoxdur. Bildirilib ki, bu, Londonun ABŞ-dən təhlükəsizlik zəmanətlərinə həddindən artıq əhəmiyyət verməsi ilə bağlıdır. ABŞ bu təhlükəsizlik zəmanətlərini hələ də həyata keçirməyib.

Böyük Britaniyada E.Makronu prezidentlik müddətinin başa çatması fonunda yalnız "öz mirası" haqqında düşünməkdə ittiham edirlər. İranla bağlı danışıqlarla tanış olan müsahiblərdən biri qeyd edib ki, Fransa Prezidenti özünü sülhməramlı kimi göstərməyə çalışırdı.

Seçilən
3
33
report.az

10Mənbələr