AZ

Bakı Limanına baş direktor təyin edilib

Bakı. Trend:

Eldar Salahov “AZCON Holding” şirkətlərindən olan “AzərbaycanDəmir Yolları” QSC-nin “Bakı Beynəlxalq Dəniz Limanı” MMC-nin başdirektoru təyin edilib.

ADY-dən Trend-ə verilən məlumata görə, Eldar Adil oğlu SalahovBakıda anadan olub. 1997-ci ildə Azərbaycan Dövlət İqtisadİnstitutunda maliyyə ixtisası üzrə təhsil alıb. 2014-cü ildəiqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi əldə edib.

1998–2001-ci illərdə BMT İnkişaf Proqramının (UNDP) azadiqtisadi zonaların texniki-iqtisadi əsaslandırılması üzrə eksperti,2001–2002-ci illərdə İqtisadi İnkişaf Naziriliyinin İnvestisiyasiyasəti şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışıb.2003–2016-cı illərdə müxtəlif özəl şirkətlərdə və beynəlxalqlayihələrdə baş direktor, vitse-prezident kimi rəhbər vəzifələrdəişləyib.

E.Salahov 2016-cı ildən fəaliyyətini Təhsil Nazirliyi yanındaPeşə Təhsili üzrə Dövlət Agentliyində şöbə müdiri, 2019-cu ildənDövlət Şəhərsalma və Arxitektura Komitəsində Beynəlxalq əlaqələr vəinformasiya texnologiyaları şöbəsinin müdir müavini, Beynəlxalqəməkdaşlıq və protokol şöbəsinin müdiri vəzifələrində davametdirib.

“Bakı şəhərinin 2020–2040-cı illər üzrə Baş planı”nın layihəidarəetmə qrupunun rəhbəri, işğaldan azad edilmiş ərazilərin “Ümumiplanı”, eləcə də Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Şuşa, Kəlbəcərvə Laçın şəhərlərinin “Baş plan”larının hazırlanması üzrəyaradılmış işçi qruplarının rəhbər müavini, habelə BMT-nin nüfuzlutədbirlərindən biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cüSessiyasının (WUF#13) 2026-cı ildə Bakı şəhərində təşkili hüquqununəldə edilməsi üzrə beynəlxalq tenderdə iştirak məqsədilə yaradılmışlayihə idarəetmə qrupunun rəhbəri olub.

E.Salahov ADY-də karyerasına 2024-cü ilin sentyabrındanbaşlayıb, Beynəlxalq əlaqələr departamentinin müdiri olub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlhamƏliyevin 25 fevral 2025-ci il tarixli sərəncamına əsasən,“Azərbaycan Dəmir Yolları” QSC Bakı Limanının ona qoşulmasıformasında yenidən təşkil edilib. Məqsəd dəmiryol nəqliyyatısahəsində nəqliyyat əməliyyatlarını və logistika proseslərini dahasəmərəli və operativ qaydada həyata keçirmək, eləcə də dəniznəqliyyatına olan ehtiyacların daha dolğun ödənilməsini təminetməkdir.

Seçilən
0
50
az.trend.az

10Mənbələr