AZ

“Azərbaycan daha müstəqil aktor kimi mövqeyini möhkəmləndirir”

Yazını böyüt
Yazını kiçilt

Rusiyada Azərbaycan vətəndaşlarının kütləvi həbsindən sonra Moskva ilə Bakı arasında münasibətlər gərginləşib. Rusiya cinayət törədənləri təqib etdiyini iddia etsə də, bu bəraət Azərbaycan tərəfini inandırmayıb və bu dosyenin hazırkı açılmasının arxasında başqa səbəblərin olduğuna dair şübhələr yaradıb.

Hafta.az-ın yazdığına görə, “Asharq Al-Awsat” yazır ki, iki ölkə arasındakı gərginlik keçmiş sovet coğrafiyasında qüvvələr balansında əhəmiyyətli dəyişiklikləri əks etdirir və Kremlə birbaşa meydan oxuya biləcək regional güclərin meydana çıxmasından xəbər verir. Bu vəziyyət Azərbaycan prezidenti İlham Əliyevin Moskvada keçirilən qələbə paradında iştirakdan geri çəkilməsinə səbəb olub.

Vaşinqtondakı Kenan İnstitutunun eksperti Maksim Trudolyubov deyib: "Bakının Moskvaya meydan oxumağa hazırlığı regional güc balansında dəyişiklikdən xəbər verir. Azərbaycan daha müstəqil aktor kimi mövqeyini möhkəmləndirir".

“Asharq Al-Awsat”ın əldə etdiyi məlumata görə, Rusiya qəzetləri və aparıcı yazarları Bakının “Ukrayna ssenarisi ilə getdiyi”, yəni “münasibətlərin kəsilməsi, ortaq təməllərin zəiflədilməsi və iki ölkənin hərbi münaqişəyə sürüklənməsi” istiqamətində getdiyi barədə xəbərdarlıq edir.

Seçilən
9
50
hafta.az

10Mənbələr