AZ

Qazaxıstan Azərbaycan üzərindən neft ixracının yeniyollarını axtarır: Bakı-Supsa nəzər nöqtəsində

Bakı. Trend:

Qazaxıstan və Azərbaycan adi logistikanın ötəsində olan enerjitərəfdaşlığının ardıcıl şəkildə möhkəmlənməsini nümayiş etdirir.Regiondakı geosiyasi transformasiyalar, Xəzər dənizi hövzəsinin birsıra ölkələri üçün ixrac konyukturasının və sanksiyaməhdudiyyətlərinin dəyişilməsi fonunda Astana üçün neft ixracımarşrutlarının şaxələndirilməsi məsələsi bu gün həmişəkindən dahaaktualdır.

Trend-ə verdiyimüsahibədə Qazaxıstanın energetika naziri Erlan AkkenjenovBakı-Supsa boru kəmərinin Qara dəniz limanında Qazaxıstan neftininnəqlinin ən perspektivli istiqamətlərindən biri kimi nəzərdənkeçirildiyini bildirib.

“Cari ilin ilk altı ayı ərzində mövcud marşrutlarla təxminən 750min ton neft nəql edilib, halbuki ötən il bu göstərici təxminən birmilyon yarım ton təşkil edib”, – deyə nazir qeyd edib.

Onun sözlərinə görə, 2025-ci ildə Qazaxıstan eyni həcmdətədarükləri qorumağı planlaşdırır, lakin əlverişli iqtisadi şəraitolacağı təqdirdə həcmlərin artırılmasına da hazırdır. “BizSOCAR-dakı həmkarlarımızla daimi təmasdayıq və Bakı–Supsa daxilolmaqla, bütün mümkün nəqliyyat dəhlizlərini nəzərdən keçiririk”, –deyə Akkenjenov vurğulayıb.

Bakı-Supsanın rəqabətdəki üstünlüyü

Bakı–Supsa boru kəməri neft tərkibi Qara dəniz sahilindəyerləşən emal zavodlarına uyğun olan şirkətlər üçün əhəmiyyətlirəqabət üstünlükləri təqdim edir. Ekspertlərin fikrincə, bu marşruthəm neft istehsalçıları, həm də treyderlər üçün cəlbedici olaraqqalır və Qara dəniz limanlarına sabit çıxış, oradan isə Avropabazarlarına tədarük imkanı təmin edir.

Bundan əlavə, illik 5 milyon tonadək ötürmə qabiliyyətinə malikbu boru kəməri Qazaxıstan üçün ixrac istiqamətlərininşaxələndirilməsi şəraitində strateji əhəmiyyətli alternativ olaraqqalır. Bakı–Supsa uzunmüddətli perspektivdə də stratejiəhəmiyyətini qoruyur və Azərbaycanın regionda əsas tranzit qoşvağıkimi rolunu möhkəmləndirir.

Boru kəmərlərindən kənara çıxış

Trend-ə özəlmüsahibəsində “KazMunayQaz” ASC-nin İdarə Heyətinin sədri AsxatHassenov vurğulayıb ki, Qazaxıstan və Azərbaycan arasındaəməkdaşlıq təkcə neft nəqli ilə məhdudlaşmır.

“Biz hər zaman SOCAR-dakı həmkarlarımızla mümkün bütünəməkdaşlıq variantlarını nəzərdən keçiririk. Bu günBakı–Tbilisi–Ceyhan neft kəməri vasitəsilə neft nəqlinin illiksabit artımı müşahidə olunur”, – deyə o qeyd edib.

Hassenovun sözlərinə görə, şirkətlər arasında əməkdaşlıq sənayetəhlükəsizliyi, rəqəmsallaşma və karbonsuzlaşdırma kimi sahələri dəehtiva edir.

“Bu əməkdaşlıq hər iki dövlətin və milli şirkətlərin qarşılıqlıetimad və marağına əsaslanır”, – deyə KMQ rəhbəri sondabildirib.

Tranzit artımı və genişlənmə perspektivləri

“KazMunayQaz”ın İdarə Heyəti sədrinin birinci müavini Kurmanqazıİskaziev bildirib ki, Qazaxıstan Akta–Bakı–Ceyhan marşrutu üzrəneft tranzitini 2025-ci ildə 1,7 milyon tona çatdırmağıplanlaşdırır.

“SOCAR ilə əldə olunmuş razılaşma çərçivəsində Aktau–Bakı–Ceyhanmarşrutu üzrə Qazaxıstan neftinin tranzit həcmi 1,4 milyon tonaqədər, yəni 27% artırılıb və bu il həmin göstəricinin 1,7 milyontona çatdırılması nəzərdə tutulur”, – deyə İskaziev QazaxıstanEnergetika Nazirliyinin geniş tərkibdə kollegiyasında çıxışı zamanıbildirib.

Bu artım marşrutun yalnız iqtisadi səmərəliliyini deyil, həm dəölkələr arasında yüksək siyasi və əməliyyat koordinasiyasınıgöstərir. Xatırladaq ki, 2022-ci ildə “KazMunayQaz” və SOCARarasında Qazaxıstan neftinin tranzitinə dair baş saziş imzalanıb və2023-cü ilin martında Kaşaqan yatağından 7 min ton neftin sınaqyüklənməsi həyata keçirilib.

2024-cü ilin yekunlarına əsasən, Qazaxıstandan nəql olunanneftin həcmi 83,5 milyon tona çatıb ki, bu da ötən ilingöstəricisindən 4% çoxdur.

Regionun sabitliyini artıran enerjibağlantısı

Azərbaycan və Qazaxıstan arasında enerji tərəfdaşlığıkeyfiyyətcə yeni mərhələyə qədəm qoyur – bu tərəfdaşlıq həm ənənəvineft əməkdaşlığını, həm də “yaşıl” və rəqəmsal təşəbbüslərininkişafını özündə birləşdirir. Qazaxıstan üçün Azərbaycanınərazisindən keçən marşrutlar nəqliyyat risklərinin azaldılması vəixrac coğrafiyasının genişləndirilməsi imkanıdır, Bakı üçün isə –Xəzər regionunun əsas enerji axınlarının dünya bazarlarına keçdiyistrateji tranzit qovşağı statusunun möhkəmləndirilməsidir. Eynizamanda, hər iki ölkə yeni qlobal çağırışlara birlikdəuyğunlaşmağa, yalnız enerji təhlükəsizliyini deyil, həm dəiqtisadiyyatlarının davamlı inkişafını təmin etməyə hazırolduqlarını nümayiş etdirirlər.

Məqalədə:
Seçilən
0
12
az.trend.az

8Mənbələr