AZ

Dünya bazarlarında neft ucuzlaşmaqda davam edib

Dünya

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin sentyabr müqaviləsinin dəyəri 0,30 dollar və ya 0,44% azalaraq 1 barelə görə 68 ABŞ dolları təşkil edib.

"APA-Economics”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin avqust ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,74 dollar və ya 1,10% azalaraq 66,26 ABŞ dollarına bərabər olub.

Analitiklər qeyd edirlər ki, neft bazarında istehsal artımı və təklifin çoxluğu qiymətlərin enməsi istiqamətində təzyiq göstərir. Bununla yanaşı, bazar iştirakçıları hələ də OPEC+ və İranla əlaqəli geopolitik gərginliklərə diqqət yetirməyə davam edir. Əlavə olaraq, bazarda gələcəkdə istehsal azalmaları və ya geosiyasətin yenidən kəskinləşməsi halında qiymətlərin yenidən arta biləcəyi ehtimal edilir.

Seçilən
0
50
xalqcebhesi.az

10Mənbələr