AZ

Polşa Almaniya ilə sərhəddə sərhəd nəzarəti tətbiq edir

Polşa iyulun 7-dən etibarən Almaniya ilə sərhədində daimi sərhəd nəzarəti tətbiq edib. Yoxlamalar 52 keçid məntəqəsində gecə yarısından başlayıb və ən azı avqustun 5-dək davam edəcək. Oxşar tədbirlər Litva ilə sərhəddə də həyata keçiriləcək.

Herbiand.az “Alman Dalğası”na istinadən xəbər verir ki, sərhədi keçənlərin pasportları və şəxsiyyət vəsiqəsi yoxlanılacaq. Polşa sərhədçiləri avtobuslara, mikroavtobuslara və çoxlu sayda sərnişini olan minik avtomobillərinə, şüşələri qaralmış avtomobillərə xüsusi diqqət yetirəcəklər.

Polşanın Baş naziri Donald Tusk bildirib ki, bu tədbirlər qeyri-qanuni miqrantların “nəzarətsiz axınını məhdudlaşdırmağa” kömək etmək məqsədi daşıyır.

Tusk dəfələrlə açıq şəkildə bəyan edib ki, Varşava Berlinin hərəkətlərinə cavab olaraq bu qərarı verib. Mayın əvvəlində yeni federal daxili işlər naziri Aleksandr Dobrindt sərhəd nəzarətinin artırılması və Polşa sərhədində sığınacaq axtaranların rədd edilməsi barədə göstəriş verib.

Seçilən
9
9
herbiand.az

10Mənbələr