AZ

26 milyon manat aktivləri olan lizinq şirkəti 840 min manat xalis mənfəət əldə edib

Müxtəlif lizinq paketləri təqdim edən "Hermes Finance" ASC 2024-cü ili 840 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ili 1 milyon 255 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il "Hermes Finance"ın xalis mənfəəti 415 min manat və ya 33% azalıb.

Marja.az xəbər verir ki, "Hermes Finance"ın faiz gəlirləri 2023-cü ildə 6 milyon 281 min manat ikən, 2024-cü ildə 5 milyon 711 min manat təşkil edib (571 min manat və ya 9,1% azalıb). 

Ötən il "Hermes Finance" işçi heyəti üzrə və digər xərcləri artıb. Gəlirlərin azalmasına qarşılıq bir sıra xərclərin da artması "Hermes Finance"ın xalis mənfəətinin düşməsinə səbəb olub. 

Ötən il "Hermes Finance"ın cəmi aktivləri 4 milyon 600 min manat və ya 15% azalaraq 25 milyon 894 min manata, o cümlədən maliyyə lizinqi portfeli 4 milyon 610 min manat və ya 19% azalaraq 19 milyon 548 min manata geriləyib. 

31 dekabr 2024-cü il tarixində 900 min manat nizamnamə kapitalına malik olmuş "Hermes Finance" ASC-nin səhmdarları Sadiq Səbinə (50%), Mehrəliyeva-Rzayeva Nuranə (22,67%) və Cəfərov Rəvan (28,33%) olub. 

"Hermes Finance" ASC 2018-ci ildə təsis edilib. Şirkət öz müştəriləri üçün müxtəlif lizinq paketləri (əsasən avtomobil lizinqi) təqdim etməkdədir. 

avtomobil-lizinqihermeslizinqmənfəətgəlirSadiq SəbinəMehrəliyeva-Rzayeva NuranəCəfərov Rəvan
Seçilən
3
20
marja.az

10Mənbələr