AZ

Litva və Almaniya prezidentləri Rusiyaya təzyiqləri müzakirə ediblər

Litva prezidenti Gitanas Nauseda alman həmkarı Frank-Valter Ştaynmayerlə Ukraynaya dəstək və Rusiyaya təzyiqlərin artırılmasını müzakirə edib...

Poliqon xəbər verir ki, bu barədə Litva lideri Almaniya prezidentinin ölkəyə səfərindən sonra X sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Biz prezident Ştaynmayerlə müdafiə sahəsində sıx əməkdaşlıq, Ukraynaya dəstək, Rusiyaya təzyiq və silahlı qüvvələrin hərəkətliliyinə strateji sərmayələr barədə müzakirələr apardıq”, Nauseda yazıb.

O, Almaniyanın “Avropada təhlükəsizliyin, sabitliyin və sülhün təmin edilməsində əsas müttəfiq” olaraq qaldığını vurğulayıb.

Bundan əvvəl Fransanın xarici işlər naziri Jan-Noel Barrot Avropa İttifaqının yaxın günlərdə Rusiyaya qarşı son üç ilin ən sərt sanksiyalarını tətbiq edəcəyini bildirmişdi. O qeyd edib ki, bu tədbirlər iyulun əvvəlində Senatın genişmiqyaslı sanksiyaları qəbul edəcəyi gözlənilən ABŞ-la əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. Məqsəd Rusiya prezidenti Vladimir Putini Kiyevlə danışıqlara sövq etməkdir.

Poliqon.info 

Seçilən
9
19
poliqon.info

10Mənbələr