AZ

"Qarabağ" Avstriyada bu gün ilk yoxlama matçına çıxacaq

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" komandası bu gün ilk yoxlama oyununu keçirəcək.

"Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Ukrayna təmsilçisi "Metallist" (Xarkov) ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.

Azərbaycan çempionu Bakıdakı ilk yoxlama matçında "Zirə"ni 4 cavabsız qolla üstələyib.

Seçilən
3
35
demokrat.az

10Mənbələr