Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl barəsində cinayət işi başlanıb.
Turkustan.az Türkiyə mediasına istinadən xəbər verir ki, Baş Prokurorluq Özgür Özəlin partiyasının 5 iyul tarixində keçirilən Mərkəzi İcraiyyə Komitəsinin (MYK) iclasından sonra keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərlə bağlı araşdırmaya başlayıb.
Rəsmi açıqlamaya görə, Özgür Özəl barəsində “Türkiyə Prezidentinə təhqir”, “açıq şəkildə cinayətə təhrik”, “dövlət qulluqçularına vəzifələrini yerinə yetirdiklərinə görə təhqir və hədə” maddələri üzrə istintaq başladılıb.
Hazırda Baş Prokurorluğun araşdırmaları davam edir.