AZ

Tramp: Ukraynaya çox kömək edirəm

ABŞ Rusiya ilə müharibə şəraitində olan Ukraynaya çoxsaylı yardımlar edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

Amerikalı liderdən nə üçün ABŞ-ın Ukraynaya da İsrailə etdiyi kimi yardım etmədiyi soruşulub.

Cavabında Tramp deyib ki, əgər o prezident olsaydı, Rusiya ilə Ukrayna arasında hər hansı müharibə başlamazdı:

“Ukraynaya kömək edirəm. Ona çox kömək edirəm. Bu müharibə heç vaxt başlamamalı idi. Əgər mən prezident olsaydım, bu gün Rusiya ilə müharibəniz olmazdı”.

    O həmçinin əlavə edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski ilə yaxın günlərdə yaxşı telefon danışığı aparıb.

    Lakin Vladimir Putinlə keçirdiyi son telefon danışığından məyus olduğunu da xüsusi qeyd edib.

    Seçilən
    14
    50
    bakivaxti.az

    10Mənbələr