Ajans.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Truth Social" hesabında paylaşım edib. "Son beş həftə ərzində Elon Maskın tamamilə ağlını itirərək bir fəlakətə çevrildiyini izləmək məni kədərləndirir", - Tramp vurğulayıb.
ABŞ liderinin bu paylaşımı Maskın yeni siyasi partiya yaratmaq planlarına cavab olaraq edilib.
Tramp bu ideyanı əsassız hesab edir: "O, üçüncü bir siyasi partiya qurmaq istəyir, baxmayaraq ki, ABŞ-da belə təşəbbüslər heç vaxt uğur qazanmayıb. Görünür, bu ölkənin siyasi sistemi buna imkan vermir", – deyə Tramp qeyd edib.
Prezident əlavə edib ki, belə cəhdlər yalnız qarışıqlıq və xaos yaradır.