AZ

Tramp bu ölkələri əlavə tariflərlə hədələdi

ABŞ prezidenti Donald Tramp BRİKS blokunun “antiamerikan siyasətlərini” dəstəkləyən ölkələri əlavə 10% rüsumla üzləşəcəyini bildirib.

"Unikal" xəbər verir ki,  bu barədə o, "Truth Social" hesabında yazıb.

"BRİKS anti-Amerika siyasətini dəstəkləyən istənilən ölkə əlavə 10% tarifə tabe olacaq. Bu qaydada heç bir istisna olmayacaq. Bu məsələyə diqqət etdiyiniz üçün təşəkkür edirik!", -  Tramp qeyd edib. 

ABŞ prezidenti BRİKS-in “antiamerikan siyasəti” dedikdə konkret nəyi nəzərdə tutduğunu açıqlamayıb.

BRİKS qrupuna əvvəlcə Braziliya, Rusiya, Hindistan və Çin daxil idi. Liderlər ilk dəfə 2009-cu ildə görüşüblər. Daha sonra Cənubi Afrika bloka, ardınca isə ötən il Misir, Efiopiya, İndoneziya, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri qoşulub. 

Xatırladaq ki, aprelin 2-də Tramp 185 ölkəyə yeni idxal tarifləri sistemi tətbiq etmişdi. 

Gülayə Mecid  

Seçilən
1
50
unikal.az

10Mənbələr