AZ

Küveyt limanında 29 ton narkotik təsirli “tanbak” saqqızı müsadirə olunub

Bakı. Trend:

Küveytin əl-Şuveyx limanında narkotik təsirli “tanbak” saqqızıilə yüklənmiş iki konteyner ələ keçirilib.

Trend-in “əl-Ray”qəzetinə istinadla verdiyi məlumata görə, adı açıqlanmayan Asiyaölkəsindən gətirilən və idxalı qadağan olunmuş məhsulun ümumiçəkisi 29 ton təşkil edib. Saqqız 581 min ədəd kisədəyerləşdirilib.

Küveytdə “tanbak” adlanan bu məhsul betel (və ya areka) ağacınınfındığından hazırlanır və Cənub-Şərqi Asiya ölkələrində genişyayılıb. Onun tərkibindəki arekolin və nikotin maddələri psixoaktivvə narkotik təsirə malikdir.

Mütəxəssislər bildirirlər ki, “tanbak” saqqızının müntəzəmistifadəsi ağız boşluğu xərçəngi də daxil olmaqla müxtəlif səhiyyərisklərinə səbəb ola bilər.

Küveyt gömrük və hüquq-mühafizə orqanları hadisə ilə bağlıtəhlükəsizlik araşdırmalarına başlayıb.

Seçilən
1
26
az.trend.az

10Mənbələr