Xalqcebhesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
ABŞ prezidenti Donald Tramp sahibkar İlon Maskın “relsdən çıxdığını” görməkdən kədərləndiyini bildirib. O, bu paylaşımı Truth Social-da iş adamının siyasi partiya yaratmaq planlarını şərh edərkən yazıb.
"Son beş həftədə İlon Maskın necə tamamilə ağlını itirdiyini və yeriyən fəlakətə çevrildiyini görəndə kədərlənirəm. O, hətta ABŞ-da heç vaxt uğur qazana bilməməsinə baxmayaraq, üçüncü siyasi partiya yaratmaq istəyir - görünür, sistem bunun üçün nəzərdə tutulmayıb", - Tramp deyib və əlavə edib ki, bu cür siyasi qüvvələr "nifaq və xaos yaradır".
Cavid
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.