
Amerikalı kinoaktyor Culian Makmehon 56 yaşında vəfat edib. Bu barədə məlumatı CNN telekanalı yayıb.
Reyting.az xatırladır ki,"Sehrlənmişlər", "Bədənin hissələri" seriallarının ulduzu olan Makmehon həm də bir çox Hollivud rejissorunun lentə aldığı müxtəlif səpkili filmlərdə, kriminal triller və ailə dramlarında rol alıb.
Makmehonun həyat yoldaşı Kelli "Deadline" nəşrinə bildirib ki, aktyor xərçəng xəstəliyindən vəfat edib.
Oqtay QORÇU