AZ

Pandemiya qadınlara daha pis təsir edib - ARAŞDIRMA

BAKI, 7 iyul. TELEQRAF

Elm araşdırma qadınların COVID-19 pandemiyasından kişilərdən daha çox əziyyət çəkdiyini göstərib.

Teleqraf xəbər verir ki, Aberdin Universitetinin alimləri Sinqapur və Turindən olan həmkarları ilə birlikdə belə qənaətə gəliblər.

Onlar təxminən 8 il (2015- 2023) məlumatları təhlil ediblər. Nəticələr göstərib ki, pandemiya zamanı qadınların sağlamlığı həm fiziki, həm də psixoloji cəhətdən pisləşib.

Tədqiqat "Social Science & Medicine" jurnalında dərc olunub.

Qadınlar daha az meyvə yeməyə başlayıb, spirt istehlakını artırıblar, narahatlıqları və stresləri artıb.

Müəlliflər hesab edirlər ki, söhbət təkcə biologiya deyil, həm də sosial şəraitlə bağlıdır: pandemiya zamanı uşaqlara və qohumlarına qulluq yükünü daha çox qadınlar daşıyıb, onlar tənhalıq və maddi çətinliklərlə daha çox üzləşiblər. Bu problemlər 2023-cü ilin yazına qədər də aradan qalxmayıb.

Seçilən
3
36
teleqraf.com

10Mənbələr