KONKAKAF Qızıl Kubokunun qalibi müəyyənləşib.
Operativ Media xəbər verir ki, finalda ABŞ və Meksika milliləri üz-üzə gəliblər. Matç Meksikanın 2-1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu, Meksikanın 13-cü KONKAKAF Qızıl Kuboku tituludur ki, bu da turnir rekordudur. Birləşmiş Ştatlar kuboku yeddi dəfə qazanıb və eyni sayda finalda məğlub olub.