AZ

"TikTok" ABŞ bazarında bloklanma riskinə qarşı yeni tətbiq hazırlayır

Bakı. Trend:

"TikTok" sosial şəbəkəsinin mütəxəssisləri ABŞ-də mümkünbloklanma riskinə qarşı alternativ olaraq yeni mobil tətbiqhazırlayırlar.

Trend-in “TheInformation” portalına istinadla verdiyi məlumata görə, hazırda“M2” kod adı ilə tanınan bu tətbiqin sentyabrın 5-də ABŞ tətbiqmağazalarında istifadəyə verilməsi planlaşdırılır.

Mənbələrin bildirdiyinə görə, "TikTok"un ana şirkəti "ByteDance"bu addımı ABŞ hökumətinin təzyiqləri və platformanın ölkədə qadağanedilə biləcəyi ehtimalına qarşı atır.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp iyunun 29-da "FoxNews" telekanalına verdiyi açıqlamada bir qrup zəngin investorun"ByteDance"dən TikTok-u almağa hazır olduğunu bildirib. Bundanəvvəl – iyunun 19-da Tramp "TikTok"un bloklanmasının qüvvəyəminməsinin 90 gün – sentyabrın 17-dək təxirə salındığını elanetmişdi.

Qanuna əsasən, əgər "ByteDance" bu müddətə qədər "TikTok"uABŞ-li alıcılara satmasa, platforma ölkədə tamamilə qadağanediləcək. Yeni tətbiqin bu risklərə qarşı ehtiyat tədbiri olaraqhazırlandığı bildirilir.

Seçilən
5
37
az.trend.az

10Mənbələr