AZ

Nyu York məhkəməsindən metroda sərnişinin xəsarət almasına görə REKORD TƏZMİNAT

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Metro relslərinə yıxılaraq, beş barmağını itirən Nyu-York sakini Maryuf Hüseyn şəhərin nəqliyyat idarəsinə qarşı məhkəməni yalnız səkkiz il sonra udub.

Oxu.Az bu barədə "People" nəşrinə istinadla xəbər verir.

Belə ki, münsiflər məhkəməsi ona təqribən 23 milyon dollar təzminat ödənməli olduğuna qərar verib.

Məhkəmə materiallarına görə, hadisə 2017-ci il iyunun 5-də baş verib. Həmin vaxt 24 yaşlı Maryuf Hüseyn platformadan yıxılıb. İddiada platforma "sınıq" və "hamar olmayan" kimi xarakterizə edilib. Onun sözlərinə görə, bu, yıxılmağına səbəb olub.

Yıxıldıqdan sonra Hüseyni qatar vurub. O, boynundan, kürəyindən, başından, əzalarından və daxili orqanlarından çoxsaylı xəsarətlər alıb. Onun sol ayağı əzilib, bütün barmaqların və metatarsal sümüklərin bir hissəsinin amputasiyası tələb olunub. Zərbənin gücü elə olub ki, qurbanın ombası yerindən çıxıb.

Nəqliyyat idarəsinin nümayəndələri əvvəllər kuryer işləmiş Hüseyni məsələni 100 min dollar qarşılığında nizamlamağa məcbur etməyə çalışıblar.

Lakin münsiflər məhkəməsi 22.75 milyon dollar təzminat təyin etməklə iddiaçının xeyrinə hökm çıxarıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
50
oxu.az

10Mənbələr