Mərhum aktrisa Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayılıb.
Publika.az xəbər verir ki, aktrisa Milli Onkologiya Mərkəzində müalicə alıb və bu il yanvarın 15-də orada vəfat edib.
Xatırladaq ki, Çimnaz Sultanova 15 yanvar 1980-ci ildə Bakıda anadan olub. “Vicdan haqqı”, “Sənə inanıram”, “Bayram axşamı” kimi bir sıra serial və filmlərdə rol alıb.