Qadınların dünya reytinqində 104-cü sırada qərarlaşan Laura Siegemund "Uimbldon" turnirində açıq dövrdə fərdi yarışda ilk dəfə 1/4 finala yüksələn ən yaşlı idmançı (37 yaş 118 gün) olub.
İdman.biz xəbər verir ki, almaniyalı tennisçi dördüncü mərhələdə argentinalı Solana Sierraya 6:3, 6:2 hesabı ilə qalib gəlib.
Bundan əvvəl "Uimbldon"da fərdi yarışda ilk dəfə 1/4 finala yüksələn ən yaşlı tennisçi 2022-ci ildə Tatyana Mariya (34 yaş 324 gün) olub.
Qeyd edək ki, Siegemund yarımfinala vəsiqə uğrunda dünya reytinqinin lideri belaruslu Arina Sabalenka ilə mübarizə aparacaq.
İdman.biz