Bakı. Trend:
İranın qərbində yerləşən Həmədan əyalətində İslam İnqilabıKeşikçiləri Korpusunun (SEPAH) əməkdaşları İsrailin xaricikəşfiyyat xidməti ilə əlaqəli olduğu iddia edilən bir şəxsisaxlayıblar.
Trend-inməlumatına görə, bu barədə SEPAH-ın mətbuat xidmətinə istinadənFARS agentliyi xəbər yayıb.
Bildirilib ki, saxlanılan şəxs İranın hərbi və təhlükəsizlikmərkəzlərində çalışan əməkdaşlar barədə məlumat toplayıb. Həminməlumatların gələcəkdə xarici kəşfiyyat orqanlarına ötürülməsiplanlaşdırılıb.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.