“Hər şeydən əvvəl anlayıram ki, kiməsə nəyisə sübut etməyə borclu deyiləm. Düşünürəm ki, bu əsas addımdı. Bu mənim həyatımdı, onu düzgün saydığım kimi yaşayıram. Hər şeyin açarı bundadı. Adamların nə deyəcəyi, onların gözləntiləri haqda düşünməmək, özüm üçün vacib və lazım olan məsələlərə köklənmək. Həm kortda, həm də kortdan kənarda özünü rahat hiss etmək mənim üçün eyni dərəcədə vacibdi”.
Dünyanın 2-ci raketkası qeyd edib ki, onu əhatə edən yaxşı adamların sayəsində sakitliyi qoruyut və ən yaxşı oyununu göstərə bilir.
22 yaşlı Alkaras dünən start götürən “Uimbldon”un ilk mərhələsində italiyalı Fabio Fonyini ilə qarşılaşıb və qalib gəlib.