AZ

Bu tarixlərdə gün qısalacaq — SƏBƏB

Alimlər Yer kürəsinin fırlanma sürətində gözlənilməz artım müşahidə etdiklərini və bunun nəticəsində tarixdəki ən qısa günün yaxın həftələrdə baş verə biləcəyini açıqlayıblar.

Demokrat.az xəbər verir ki, London Universitetindən astrofizik Qraham Cons bildirib ki, bu yay Yer üç müxtəlif tarixdə - 9 iyul, 22 iyul və 5 avqustda normaldan daha sürətli fırlanacaq. Həmin günlərdə zaman sırasıyla 1,30; 1,38 və 1,51 millisaniyə qısala bilər.

Moskva Dövlət Universitetindən alim Leonid Zotov isə vəziyyətin elmi çevrələrdə təəccüb doğurduğunu deyib: "Heç kim belə bir şeyi gözləmirdi. Bu sürətlənmənin səbəbi hələlik məlum deyil."

Hərçənd fərq millisaniyə səviyyəsindədir, mütəxəssislər bu dəyişikliklərin peyk sistemlərindən GPS dəqiqliyinə və zaman ölçüm texnologiyalarına qədər bir çox sahəyə təsir edə biləcəyi barədə xəbərdarlıq edirlər.

Seçilən
88
demokrat.az

1Mənbələr