Gürcüstanda məşhur iş adamı Georgi Ramişvili saxlanılıb.
Biznesmen qanunsuz şəkildə odlu silah əldə etməkdə və saxlamaqda ittiham olunur.
O, Tbilisi hava limanında saxlanılıb.
Qeyd edək ki, Ramişvili ölkənin ən böyük telekommunikasiya şirkəti olan "Silknet Group"un, habelə "Euronews Georgia", "Silk Road Group" və digər şirkətlərin sahibidir./Report
Tarix: 6 İyul 2025, 23:22