Görəsən, dəyişikliyə nə səbəb olub? Gəncəlilər bu addımın rəhbərlik tərəfindən atıldığını iddia edir. Bəs başverənlərin müqəssiri kimdi? Axı belə davranış baş məşqçiylə azarkeşlərin münasibətlərinə mənfi təsir edə bilər.
Adil Şükürov "Football-plus.az"a açıqlamasında durumu belə izah etdi:
"Bəli, həqiqətən belə xoşagəlməz hal yaşanıb. Ancaq məsələnin üstünə gedilməsinin tərəfdarı deyiləm. Kim qərar verib, kim kimi dəvət edib, kim incik düşüb - bunlar geridə qaldı . Artıq azarkeşlər məşqləri izləyə bilir. Bu gün günahkar axtarası olsaq, məşq prosesinə, yeni mövsüm üçün hazırlıqlara mane olacaq. Ona görə də umu-küsünü arxa plana keçirməliyik. İş olan yerdə hansısa anlaşmazlığın baş verməsi qaçılmazdı. Yəni hadisəni texniki anlaşmazlıq hesab edirəm və məsələnin unudulduğunu düşünürəm".
KƏNAN BAHADIR