Ucar rayonu ərazisində iki minik avtomobilinin toqquşması nəticəsində üç nəfər xəsarət alıb. Onlardan biri azyaşlıdır.
Yenisabah.az xəbər verir ki, qəza Bakı-Qazax magistralında, yolun Ucarın Küçəkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı xəsarət alan şəxslər Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. pizza sifarişi
Faktla bağlı araşdırma aparılır./Oxu.az
Telegram kanalımız