AZ

BOK nəticələrə yenidən baxmayacaq

Beynəlxaq Olimpiya Komitəsi (BOK) Paris Olimpiadasında qadın boksu üzrə nəticələrə yenidən baxmaqdan imtina edib.

"Football-plus.az" xəbər verir ki, qurumun rəhbəri Kirsti Koventi bununla bağlı belə deyib:
“Paris Olimpiadasındakı qadın boksu ilə bağlı retrospektiv qərarlar olacaqmı? Retrospektiv heç nə etməyəcəyik, gələcəyə baxırıq, keçmişdən hansı dərslar götürə, necə irəli hərəkət edə bilərik? Bu, işçi qrupun əsas vəzifəsidi”.

Xatırladaq ki, BOK Əlcəzairdən İman Xəlifin və Çin Taybeyinin təmsilçisi Lin Yuytini Paris Olimpiadasında iştirakına icazə vermişdi, baxmayaraq ki, onlar Beynəlxalq Boks Federasiyasının (IBA) gender testindən keçə bilməmişdi. Xəlif 66 kq çəki dərəcəsində Olimpiya Oyunlarının qalibi olub, Yuytin isə 57 kq-daeyni nəticəni göstərib.
Seçilən
7
2
football-plus.az

4Mənbələr