AZ

İmişlidə ot tayasında yanğın baş verib

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə İmişlirayonunun Xəlfəli kəndində ot tayasında yanğın baş verməsi iləbağlı ilkin məlumat daxil olub.

Trend-in xəbərinəgörə, bu barədə FHN məlumat yayıb.

Məlumat əsasında dərhal FHN-in Dövlət Yanğından MühafizəXidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində zəruri tədbirlərhəyata keçirilir.

Seçilən
1
50
az.trend.az

10Mənbələr