AZ

DEM partiyasının nümayəndələri Öcalanla görüşdü

Türkiyənin Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) nümayəndə heyətinin PKK terror təşkilatının qurucusu Abdullah Öcalanla görüşüb.

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İmralı adasında baş tutan görüş 2.5 saat davam edib.

Görüşlə bağlı yazılı açıqlamanın veriləcəyi qeyd olunur.

Bu, DEM üzvlərinin 2024-cü ilin dekabrından bəri Öcalanla sayca beşinci görüşüdür.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah DEM partiyasının nümayəndə heyəti ilə görüşəcək.

Seçilən
14
9
modern.az

10Mənbələr