AZ

ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edilib

ABŞ Prezidenti Donald Tramp Texas ştatının Kerr qraflığında fövqəladə vəziyyət elan edib.O, bu barədə öz sosial şəbəkə hesabında yazıb.

Amerika lideri qeyd edib ki, fövqəladə vəziyyətin elan edilməsi təcili yardım xidmətlərinə dərhal lazımi resursları ayırmağa imkan verəcək.

Son məlumatlara görə, Texasın mərkəzində daşqınlar nəticəsində azı 59 nəfər ölüb. Ştatın qubernatoru Qreq Ebbott əvvəllər daha əvvəl 850-dən çox insanın təxliyə edildiyini bildirib.

Tramp qeyd edib ki, federal hakimiyyət orqanları daşqının nəticələrinin aradan qaldırılmasında dövlət xidmətlərinə yardım göstərir.

Seçilən
5
29
anews.az

10Mənbələr