AZ

Tramp bu ştatda fövqəladə vəziyyət ELAN ETDİ

ABŞ Prezidenti Donald Tramp təbii fəlakətdən dolayı Texas ştatının Kerr dairəsində fövqəladə vəziyyət elan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri sosial şəbəkədə yazıb.

Amerika lideri qeyd edib ki, fövqəladə vəziyyətin elan edilməsi təcili yardım xidmətlərinə dərhal lazımi resursları ayırmağa imkan verəcək.

Qeyd edək ki, leysan yağışlar və Qvadalupe çayının daşması nəticəsində sözügedən bölgədə fəlakətli vəziyyət yaradıb.

Son məlumatlara görə, Texasın mərkəzində daşqınlar nəticəsində azı 59 nəfər ölüb, 850-dən çox insan təxliyə edilib.

Seçilən
3
50
bakivaxti.az

10Mənbələr