AZ

“Xankəndidə Zəfər parkında Zəfər Tağının inşasını alqışlayıram”

Nurəddin Mehdixanlı: “Bu cür abidələr millətin yaddaşını formalaşdıran əsas amillərdir”

Xəbər verdiyimiz kimi, Xankəndidəki Zəfər parkında Zəfər Tağı tikilir.

Bununla bağlı Moderator.az-a açıqlama verən Xalq artisti Nurəddin Mehdixanlı Xankəndidə Zəfər Tağının inşasının 44 günlük Vətən müahribəsində əldə edilən tarixi qələbənin əbədiləşdirilməsi və yeni nəsillərdə milli kimlik şurunun formalaşması baxımından mühüm önəm kəsb etdiyini bildirib:

“Tarixə sahib çıxmaq bu tarixi əbədiləşdirir. Tarixin hər gün göz qabağında olan nişanələri var. Bunlar abidələr, heykəllər, xatirə kompleksləridir. Hansı ki, bunlar parklarda, döyüşlərin getdiyi ərazilərdə və s. inşa edilir. Çəkilən filmlər, yazılan əsərlər də bu qəbildəndir. Bütün bunlar bir millətin yaddaşını formalaşdırır.

Bu gün Azərbaycan gəncləri Xankəndiyə gedəndə, Şuşada, Ağdərədə, Füzulidə olanda, bu abdiələri görəndə onların yaddaşı yenilənir. Tarix onların yaddaşında yenidən canlanır. Bunlar olduqca vacib məsələlərdir. Çünki nə savaş, nə də mübarizə bitməyib. Düşmənlərimiz də bizimlə dost deyil və heç vaxt da olmayacaqlar. Bizim düşmənlərimiz də, dostlarımız da bəllidir.

Bu gün Xankəndidə də böyük abadlıq, quruculuq işləri həyata keçirilir. Hansı ki, görülən bu işlər hər birimizdə qürur hissi doğurur. Görlən hər bir iş xalqımızın bu torpaqların həqiqi sahibi olduğunu, dövlətimizin bu torpaqları yenidən dirçəltmək üçün əzmlə çalışdığını göstərir.

Bu baxımdan mən Xankəndidə Zəfər parkında Zəfər Tağının inşasını alqışlayıram. Hesab edirəm ki, yalnız Xankəndidə deyil, Azərbaycanın hər bir guşəsində 44 günlük qələbəni xatırladan abidələr, parklar olmalıdır”.

Seymur ƏLİYEV

 

 

Seçilən
5
50
moderator.az

10Mənbələr