AZ

Rusiyalı futbolçu kafedəki davadan danışdı

BAKI, 6 iyul. TELEQRAF

Rusiya yığma komandasının sabiq futbolçu Fyodor Smolov Moskvadakı "Coffee Mania" kafesində baş verən münaqişədən sonra ilk açıqlamasını verib.

Teleqraf xəbər verir ki, 35 yaşlı futbolçu sosial şəbəkə hesabında insidentə münasibət bildirib.

Tanınmış idmançı deyib: “Baş verənlərə münasibət bildirməyin vaxtıdır. İlk növbədə, qəbuledilməz davranışıma şahid olanlardan üzr istəyirəm. Sivil cəmiyyətdə döyüşmək və güc tətbiq etmək qətiyyən yolverilməzdir.

Zərərçəkmiş şəxslə əlaqə saxlayamaq istəyirdim. Təəssüf ki, bu mümkün olmadı. Əvəzində həmin münaqişə ilə heç bir əlaqəsi olmayan insanlar görünməyə başladı.

Məni hədələməyə, şantaj və pul tələb etməyə başladılar. Rusiya Federasiyasının qanunlarında nəzərdə tutulmayan qəribə sxemlər təklif etməyə başladılar. Bununla əlaqədar polisə ərizə yazmaq qərarına gəldim”.

Rusiya Daxili İşlər Nazirliyi Smolovun iştirakı ilə baş verən insident ilə bağlı cinayət işi açmaqdan imtina edib.

Yada salaq ki, Rusiya paytaxında yerləşən "Coffee Mania"da Smolov iki nəfəri yumruqlayıb. Məlumata görə, daha sonra həmin görüntülərin yayımlanmaması üçün oyunçudan pul tələb olunub.

İnsident mayın 28-də baş verib, lakin video iyulun 5-də internetdə yerləşdirilib.

Seçilən
0
50
teleqraf.com

10Mənbələr