AZ

"Lazım gələrsə, Azərbaycandan olan dostlarımız bizə kömək edəcəklər" - Rusiyalı nazir

Kənd Təsərrüfatı Nazirliyi konkret olaraq Azərbaycandan pomidor idxalına qadağa qoymağı planlaşdırmır - bu məsələni bazar özü tənzimləyəcək.

Bakıvaxtı.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiyanın kənd təsərrüfatı naziri Oksana Lut bildirib.

Onun sözlərinə görə, Rusiyada pomidor və xiyar bazarı kifayət qədər balanslaşdırılmışdır. Mövsümdən asılı olaraq bu abzar çox dəyişkəndir.

"Belə ki, yayda öz pomidorlarımız çoxdur - pomidor və xiyar da şəxsi təsərrüfatlarda yetişdirilir. Əgər məhsulumuz kifayət qədərdirsə, bu o deməkdir ki, bazar sadəcə olaraq xaricdən məhsul almayacaq. Əgər kifayət qədər məhsul yoxdursa, bu o deməkdir ki, Azərbaycan və Özbəkistandan olan dostlarımız bizə kömək edəcək", - deyə nazir bildirib.

Seçilən
0
50
bakivaxti.az

10Mənbələr