AZ

Sen Maksimendən dopinq qalmaqalı ilə bağlı yeni açıqlama

Footbal-plus saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

''Fənərbaxça'' ilə icarə müqavilə bitdikdən sonra ''Əl-Əhli''yə qayıdan Alan Sen-Maksimen dopinq mövsümünü gündəmdə saxlamaqda davam edir. Məlum olduğu kimi təcrübəli fransalı vinger bu günlərdə qatıldığı bir canlı yayında qalmaqallı etirafı ilə gündəmə gəlmiş və ''Fənərbaxça''da oynadığı dönəmdə həkimlərin onun orqanizminə qadağan olunmuş bir maddə yeritməyə çalışdıqlarını iddia etmişdi. ''Fənərbaxça'' rəsmi bəyanat yayaraq bu açıqlamanın klubun nüfuzuna xələl gətirdiyini bildirmiş və futbolçunu məhkəmə ilə hədələmişdi. Bu arada 28 yaşlı futbolçu sosial şəbəkədə ona bu mövzuda mesaj göndərən bir futbolsevərə cavab verərək bunları deyib:

''Bir azarkeş olaraq sənin hisslərini anlayıram. Mən sözlərimin ''Fənərbaxça'' qələbələri başqa yolla qazanır'' kimi anlaşılmasını istəmirəm. Mənim məqsədim bu deyildi. Mən klubun ətrafında oyunçuları sağaltmaq üçün istifadə olunan üsullardan danışıram. Bu kluba, fanatlara, eləcə də mənim nələr yaşadığımı görən və daim yanımda olan Acun Ilıcalıya böyük hörmətim var. Suala konkret olaraq cavab verməli olsam, bir dəfə xəstə olduğum dönəmdə klubla əməkdaşlıq edən xəstəxanadan gələn bir həkim mənə həmin o məşhur iynəni vurmağa çalışdı. Söylənilənlərin əksinə bunun qarşısını klubun baş həkimi yox, mən özüm kəsdim. Həmin xəstəxananın həkiminin davranışının və hərəkətlərinin normal olmadığını dərhal hiss etdim. Ona görə də həmin an bu işlərə cavabdeh olan klubun baş həkimi ilə əlaqə saxlayaraq mənə vurmağa çalışdıqları həmin o iynənin adını təsdiqləməsini istədim. Təbii ki, bunu etmədi. Qorxduğum düz çıxdı. Çünki o, qadağan olunmuş bir maddə idi''.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
16
icma.az

10Mənbələr