Axsham.az saytından alınan məlumata görə, ain.az bildirir.
Müğənni Xatirə İslam vəfat edən bəstəkar dostu Ruslan Əhmədoğlu ilə bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, sənətçi onunla bağlı xatirələrini bölüşüb:
“Ruslan, səni bilirsən niyə çox istəyirdim? Çünki çox nadir hallarda olur insanın ətrafında dostu, yaxını onun səsinin, sənətinin vurğunu olsun. Sən mənim səsimlə nəfəs alırdın. Səni buna görə də ikiqqat çox istəyirdim. İnanın Allaha, iki gün əvvəl mənə yazdı. Düşündüm ki, çoxdandır görmürəm, yüz faiz çox darıxıb və sözün düzü mən də ondan ötrü darıxmışdım. O, ürəyi istəmədiyi insana heç vaxt yazmaz, öz-özümə dedim ki, bir-iki günə onu görüm, amma qismət olmadı. Musiqini sevən insan, Allah sənə rəhmət eləsin. Darıxacağam, Ruslan Əhmədoğlu”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.