AZ

Teylor Frist 1/4 finala yüksəlib

ATP reytinqində dünyanın beşinci raketkası olan amerikalı tennisçi Teylor Frist Uimbldon-2025-in 1/4 final mərhələsinə yüksəlib.

90deqiqe.Az-ın məlumatına görə, o, dördüncü raundda avstraliyalı Corndan Tompsona qarşı oynadığı görüşdə rəqibin zədə səbəbilə ikinci setin gedişində oyunu yarımçıq tərk etməsi ilə qalib elan olunub – 6:1, 3:0.

Cəmi 41 dəqiqə davam edən qarşılaşma ərzində Frist altı əla vuruş (eys) reallaşdırıb, heç bir qoşa səhvə yol verməyib və beş breyk imkanından dördünü dəyərləndirib. Tompson isə bir eyslə kifayətlənib, bir qoşa səhv edib və heç bir breyk xalı qazana bilməyib.

Teylor Frist 1/4 finalda rusiyalı tennisçi Karen Xaçanovla qarşılaşacaq.

Seçilən
6
2
90deqiqe.az

2Mənbələr